Əli Xameneinin ölümünün 40-cı günündə Tehranda anım mərasimi keçirilir
İranın Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü Tehranda ABŞ ilə iki həftəlik atəşkəs elan edildikdən sonra onun anım mərasimi keçirilir.
Bu barədə Böyük Tehran Yol Polisinin rəisi Əbülfəzl Musəvipur məlumat verib.
O, şəhər mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyətlərin yerli vaxtla səhər saat 7:00-da (Bakı vaxtı ilə səhər saat 7:30), mərasimin isə səhər saat 9:30-da (Bakı vaxtı ilə səhər saat 10:00) başladığını bildirib.
ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. Ağ Ev əməliyyatı İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. Eyni zamanda, ABŞ rəhbərliyi açıq şəkildə İran əhalisini öz hökumətlərinə qarşı üsyan etməyə və hakimiyyəti ələ keçirməyə çağırıb. Zərbələr nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdi. Bu qərar Pakistanın Baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq və "İran İslam Respublikasının Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması şərti ilə" verilib. İranın dövlət televiziyasının məlumatına görə, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb və ABŞ "razılaşmağa məcbur olub".
Bunlara təcavüzkarlıq prinsipi, Tehranın Hörmüz boğazına nəzarəti, İran ərazisində uran zənginləşdirilməsi, ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi, kompensasiya ödənişləri və ABŞ qüvvələrinin bölgədən çıxarılması daxildir.


