Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Real insanların intim süni intellekt şəkillərini yaratdı

ABŞ məhkəməsi ilk dəfə olaraq süni intellektdən istifadə edərək real insanların intim şəkillərini yaratdığına görə bir vətəndaşı məsuliyyətə cəlb edib.

Bu barədə Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunur ki, 37 yaşlı Ceyms Straler keçmiş sevgililərinin açıq-saçıq şəkillərini yaradıb və onları internetdə yayıb. O, ən azı altı qurbanı hədəfə alıb. Ümumilikdə cinayətkar onların iştirak etdiyi 700-dən çox foto və video yaradıb.

Şəkilləri yaratmaq üçün Straler 100-dən çox müxtəlif Sİ modelindən istifadə edib.

"J. Strahler ABŞ-də Məxfilik Qanunu ilə məsuliyyətə cəlb edilən ilk şəxsdir. Biz real insanların Sİ tərəfindən yaradılan intim şəkillərinin dərc edilməsi və yayılması kimi iyrənc təcrübəyə dözməyəcəyik. Bu cinayətkarları ədalət mühakiməsinə cəlb etmək üçün hər cür yolu izləməyə sadiqik", - deyə işə baxan ABŞ prokuroru Dominik Cerase bildirib.

Real insanların saxta intim şəkillərinin dərc olunmasını qadağan edən müvafiq qanun 2025-ci ildə ABŞ-də qəbul edilib.

Best coffeeshop in Berlin