Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yarımfinal mərhələsinin ilk oyunları keçirilib 

Aprelin 8-də qadın voleybolçularin mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələnin ilk oyunları keçirilib. Oyunlardan biri Bakı Voleybol Mərkəzində, digəri isə Gəncə İdman Sarayında baş tutub. Gəncədə eyniadlı klub "Turan"i (Tovuz), Bakıda isə "Milli Aviasiya Akademiyası" komandası "DH Volley" klubunu qəbul edib. Maraqlıdır ki, hər iki oyunda qonaq komanda quru hesablı qələbə qazanıb - 0:3. 

AVF-dən verilən məlumata görə, cavab oyunları aprelin 11-də və 13-də keçiriləcək.

Aprelin 11-də Bakıda cavab oyunu çərçivəsində "DH Volley" - "Milli Aviasiya Akademiyası" görüşü olacaq. Aprelin 13-də isə '"Turan " Tovuzda "Gəncə"ni qəbul edəcək. İlk oyunun qalibləri cavab matçında da qalib gələcəyi təqdirdə adlarını finala yazdırmış olacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin