Velosipedçimiz Ələkbərov "Road Race-2026"da bürünc qazanıb
Qazaxıstanın Almatı şəhərində velosiped idmanı üzrə "Road Race-2026" yürüşü keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə sözügedən yarışda ölkəmizi U-23 millimizin üzvü Süleyman Ələkbərov da iştirak edib. Təmsilçimiz 130 idmançının mübarizə apardığı bu yürüşdə fərqlənməyi bacarıb. O, 25 km-lik fərdi yarışında finişə üçüncü çatmaqda bürünc medal medal qazanıb.
İntiqam Məmmədov


