Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda ənənəvi Bahar Xeyriyyə Bazarı keçiriləcək

Bakıda ənənəvi Bahar Xeyriyyə Bazarı (Charity Bazaar) 12 aprel 2026-cı il tarixində, saat 10:00-dan 17:00-a qədər Badamdar Hotel & Residences-də keçiriləcək.

Tədbirdə yerli və xarici ustaların əl işlərinin və məhsullarının satışı, milli və xarici mətbəxin təamlarının və şirniyyatlarının satışı, maraqlı musiqi programı, əyləncələr və hədiyyələr, uşaqlar üçün xına və üz bəzədilməsi, lotereyalar və oyunlar təqdim olunacaq, gəlirlər isə xeyriyyə məqsədlərinə yönəldiləcək.

Tədbirdə  yerli və xarici təşkilatlar, səfirliklər, dövlət nümayəndələri iştirak edəcəklər.

Bilet 2 AZN.

12 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

Əlaqə: +994 77 744 7707

Best coffeeshop in Berlin