"DH Volley" qızıl setlə finala yüksəlib
Aprelin 11-də qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələnin cavab oyunlarına start verilib. İlk olaraq "DH Volley" klubu ilə "Milli Aviasiya Akademiyası" (MAA) qarşılaşıb. Bakı Voleybol Mərkəzində baş tutan görüşdə "akademiklər" qalib gəlib - 2:3 (16:25, 25:16, 20:25, 25:19, 15:17).
İlk oyunda isə "DH Volley" (3:0) qalib gəldiyi üçün ümumi hesab bərabərləşib - 1:1.
Qalibi aşkar etmək üçün tərəflər "qızıl" setdə mübarizəni davam etdiriblər. "Qızıl " setdə daha imamla oynayan "DH Volley" qalib gələrək çempionatın ilk finalçısı olub.
Xatırladaq ki, digər ikinci yarımfinal oyunu aprelin 13-də Tovuzda keçiriləcək. Həmin oyunda yerli "Turan"la "Gəncə" qarşılaşacaq. Yeri gəlmişkən, bu cütlərin Gəncədə keçirilən ilk matçında "Turan" qalib gəlib - 0:3.
İNTİQAM Məmmədov


