Dövlət qurumları arasında nərd yarışı keçirilib
Aprelin 11-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasında dövlət qurumları əməkdaşları arasında nərd yarışı keçirilib. Yarışda müxtəlif qurumları təmsil edən 43 (32 kişi, 11 qadın) əməkdaş birincilik uğrunda mübarizə aparıb.
Qadınların yarışında birinci yeri Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) tutub. İkinci yerin sahibi İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) olub. Üçüncü yerisə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Aysel Səfərova tutub.
Kişilərin analoji yarışında qalib adını Ali Məhkəmənin əməkdaşı Teyyub Məmmədov qazanıb. İkinci yeri Bəhruz Quliyevin ("Azer" Gold QSC) tutduğu yarışda ilk üçlüyü Coşqun Mütəllimov (Alı Məhkəmə) tamamlayıb.
İNTİQAM Məmmədov


