Qadın raketka ustalarımız Türkiyə Super liqasında
Azərbaycanın stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandasının üzvləri - Zemfira Mikayılova və Mərziyyə Nurmətova cütlüyü növbəti dəfə özlərini Türkiyə Super liqasında sınayacaqlar.
ASTF-dən verilən məlumata görə cütlüyümüz liqada iddialı komandalardan hesab edilən Ankara təmsilçisi "Masader Spor Klubu"nün şərəfini qoruyacaq. Raketka ustalarımız qarşıdakı ikinci turda komandanın uğuru üçün öz bacarıqlarını nümayiş etdirəcəklər.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



