Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Raketka ustamız Nihad Məmmədli yeni rekorda imza atıb

Aprelin 12-də Azərbaycan stolüstü tennis tarixində əlamətdar hadisə qeydə alınıb. Söhbət ölkə yığma komandasının üzvü Nihad Məmmədovun həmin gün "Şüa" İdman Kompleksində topu uzaq məsafədən oyuna daxil etməklə yeni rekorda imza atmasindan gedir. O, bu göstərici ilə "Ginnesin Rekordlar Kitabı"na düşmək imkanı əldə edib. Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) verilən məlumata görə, Nihad qurumun rəsmiləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında topu 17 metr məsafədən oyuna daxil edib. Məmmədovun bu nəticəsi ASTF tərəfindən rəsmi olaraq, "Ginnesin Rekordlar Kitabı"nın baş ofisinə göndərilib. Məktuba baş ofisdən 4-8 həftə ərzində cavab veriləcək.

Yeri gəlmişkən, hazırda bu rekord türkiyəli Osman Gürcüyə (16,70 metr) məxsusdur.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin