Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tennisçilərin "Baku Open-2026" turnirinə yekun vurulub

11-12 aprel günlərində "Şüa" İdman Kompleksində stolüstü tennis üzrə keçirilən "Bakı Open -2026" beynəlxalq turnirə yekun vurulub.

ASTF-dən verilən məlumata görə, turnir iştirakçıları şəxsi və qoşa yarışlarda özlərini sınayıblar. Turnirdə əsasən həvəskar və veteran tennisçilər mubarizə aparıriblar. Reqlamentə görə peşəkar tennisçilər isə yalnız qoşa yarışlarda iştirak ediblər (cütlərdən biri həvəskar olmaq şərti ilə). 

Şəxsi yarışların qalibi adını Sergey Vermidin qazanıb. Bu yarışda ikinci yeri İlqar Həsənov, üçüncü yerisə Vaqif Məmmədov tutub.

Qoşa yarışlarda gəlincə, Əli Heydərli/Tatyana Aliulina tandemi fərqlənib. Bu cütlük həlledici finalda Fikrət Paşayev/Xəyal Həşimli cütlüyünü üstələyib. Bu yarışda üçüncü yeri Hilal Həsənovla Əlixan Əlizadə tandemi tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin