"Hizbullah" İsraillə danışıqlardan imtina edib
Livan "Hizbullah" lideri Naim Qasım İsrail ilə hər hansı bir danışıqlara qarşı çıxdığını bildirib.
İranın Mehr xəbər agentliyinin məlumatına görə, Qasım Livan rəhbərliyini daxili müqavimət potensialını zəiflətməkdə günahlandırıb və ölkənin baş nazirini milli birliyi gücləndirmək üçün daha sıx əməkdaşlıq etməyə çağırıb.
Qasım deyib: "Biz İsrail ilə hər hansı bir danışıqları rədd edirik. Bu danışıqlar nəticəsizdir və Livanın hadisələrin gedişatını dəyişdirmək üçün daxili həmrəyliyə ehtiyacı var".
Qeyd etmək lazımdır ki, 14 apreldə Vaşinqtonda görüş keçirilib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



