Misirin Azərbaycandakı səfiri Bahar Xeyriyyə tədbirində iştirak edib (FOTO=46)
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi və cənab səfir Houssam Eldine Reda xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə keçirilən xeyriyyə tədbirində iştirak etmişdir.
Qeyd edək ki, sərgi Beynəlxalq Qadınlar Klubunun rəhbəri xanım Cəmilə Hüseynovanın təşkilatçılığı ilə həyata keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, Səfirlik tərəfindən hazırlanaraq təqdim olunan Misirin məşhur milli yeməyi olan küşəri bütün iştirakçıların və ziyarətçilərin böyük marağına səbəb olmuş və Misir guşəsi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Həmçinin Misir Mədəniyyət Mərkəzi bu guşədə firon dövrünə aid bəzi heykəlləri, turistik və tarixi çap materiallarını təqdim etmiş, ziyarətçiləri Misir universitetləri və orada təhsil imkanları barədə məlumatlandırmışdır.
Bundan başqa firon üslubunda, qızılı rəngdə hazırlanmış bəzi metal broşurlar da nümayiş etdirilmiş və onlar böyük maraqla ziyarətçilər tərəfindən əldə olunmuşdur.


