Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misirin Səfirliyinin Mədəniyyət attaşesi “Təxəyyül Art Group” un yaranmasının 2-ci ildönümündə

12 aprel tarixində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru (Mədəniyyət attaşesi) Prof.Dr.Tarek Aboul Fotouh “Təxəyyül Art Group” un yaranmasının ikinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

AZpress.AZ xəbər verir ki, Azərbaycan universitetlərinin bir çox müəllim heyəti, çoxsaylı rəssam və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə Misir Mədəniyyət Mərkəzinin direktoru, “Təxəyyül” qrupunun bir çox seçilən sərgilərinin məhz Misir Mədəniyyət Mərkəzində təqdim olunmasına verdiyi töhfələrə görə təltif olundu. Eyni zamanda tədbir çərçivəsində “Təxəyyül” qrupunun yaradıcı kataloqunun ikinci cildi də iştirakçılara təqdim olundu.

Best coffeeshop in Berlin