Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tramp İranla yeni danışıqların başladığını açıqlayıb

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların yaxın iki gün ərzində bərpa oluna biləcəyini bildirib.

"The New York Post" qəzetinə verdiyi müsahibədə o, jurnalistləri İslamabadda qalmağa çağırıb və ABŞ-İran danışıqlarının növbəti mərhələsinin orada baş tutma ehtimalının yüksək olduğunu qeyd edib.

Trampın sözlərinə görə, Pakistan paytaxtında dialoqun baş tutması Pakistanın hərbi rəhbərliyinin, xüsusən də feldmarşal Asim Munirin rolu sayəsində daha çox ehtimal olunub.

"Bu, daha çox ehtimal olunur, bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - deyə Amerika lideri bildirib.

O, həmçinin qeyd edib ki, prosesdə birbaşa iştirak etməyən bir ölkədə danışıqların aparılmasını yersiz hesab edir.

Best coffeeshop in Berlin