Qadın millimizin DK-daki rəqibləri müəyyənləşib
1-7 oyun günlərində qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Kuboku keçiriləcək. Turnirdə Azərbaycan millisi də iştirak edəcək. Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, qadın yığma komandamız turnirin "A" qrupunda Hollandiya, Polşa, Çexiya və Madaqaskar komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz bu ilin mart ayında FİBA Çempionlar Liqasında uğurla çıxış edərək tarix yazıb. Yığmamız sözügedən turnirin həlledici final matdinda Hollandiyaya uduzub - 12:21.
İNTİQAM Məmmədov


