Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız DK-da döyüşəcəklər

Aprelin 20-də Braziliyanın Fos-du-İnuasu şəhərində kişi ilə qadın boksçular arasında Dünya Kuboku keçiriləcək. ABF-dən verilən məlumata görə, 7 gün davam edəcək turnirdə Azərbaycan ikisi qadın olmaqla 8 boksçu ilə təmsil olunacaq. Qadınların yarışında ölkəmizi baş məşqçi İlkin Aqayevin rəhbərliyi altında Zeynəb Rəhimova (54 kq) və Emilii Rzayeva (60 kq) cütlüyü rinq döyüşünə çıxacaq.

Kişilər arasında isə baş məşqçi Ravşan  Xocayevin rəhbərliyi altında Sübhan Mamedov (50 kq), Zidan Hümbətov (55 kq), Məhəmmədəlı Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin