Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Üç şahmatçımız AÇ-nin liderlər qrupunda 

Polşanın Katovitse şəhərində kişi şahmatçılar arasında keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdiyi şəxsi Avropa çempionatı artıq finişə yaxınlaşıb. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda artıq 10-cu tura da yekun vurulub. Tura 7,5 xalla lider kimi qatilan Nicat Abbasov turu heç-heçə ilə bitirdiyi halda, ondan yarım xal geri qalan Aydın Süleymanlı və hazırkı ölkə çempionu Məhəmməd Muradlı rəqibini udaraq aktivlərindəki xalların sayını 8-ə çatdırıb. Hər 3 şahmatçımız hərəyə 8 xalla turnir cədvəlində ilk beşlikdə yer alıb. Maraqlıdır ki, Nicatla Aydın ilk iki yeri bölüşür, eyni xala malik olan Məhəmməd isə ilk beşliyi tamamlayır. Beləliklə də, son turda 3 şahmatçımızin çempion olmaq şansı var.

 Aprelin 19-da 11-ci turla çempionata yekun vurulacaq. Çempionatda ilk 20 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin