Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağır atletlərimiz Avropa çempionatında

19-26 aprel günlərində Batumidə (Gürcüstan) ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Bir həftə davam edəcək çempionatda Azərbaycan atletləri də güc nümayiş etdirəcəklər. AAAF-dan verilən məlumata görə, ölkəmiz çempionatda baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 atletlə təmsil olunacaq. Bu dördlükdə Tehran Məmmədov, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü yer alıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111