Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

Hörmüz körfəzi ətrafında yeni siyasi vəziyyət

ABŞ-İran cəbhəsində vəziyyət xeyli mürəkkəbdir,  verilən xəbərlər isə xeyli dolaşıq və ziddiyyərlidir.
 Tehran Hörmüz körfəzini tam açdığını deyir, ABŞ bunu təsdiqləməklə yanaşı, həm də körfəz sularında öz pusqu blokadasını qurub, hətta NATO üzrə müttəfiqlərinə belə müəyyən məhdudiyyətlər yaradıb. Avropa ölkələri bu blokadanı necə götürmək məsələsini müzakirə etmək üçün dünən Parisə-Makronun yanına toplaşıblar. 
Regiona böyük hərbi qüvvə və ən müasir hərbi gəmilərini gətirmiş  Tramp güc nümayişi altında İrana sülh və öz şərtlərini təklif edir. İran əvvəlcə dirəşir, amma sonra çox doğru olaraq güzəştə gedir. Hazırda ABŞ-ın əsas təklifi İranın nüvə proqramından-uranın saflaşdırılmasından imtinasıdır. Yəqin ki, ardınca raket proqramı gündəmə gələcək..
Ən son xəbər isə budur ki, hadisələrin gedişindən məmnun qalmış Tramp  şərtlərinin qəbulu üçün Tehrana çərşənbə gününə qədər vaxt verib.

Best coffeeshop in Berlin