Umud Mirzəyev:
Mixail Qusman BAMF-ın qonağı olub
25 ildən çox TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini vəzifəsində çalışan, uzun illərdir tanıdığımız, dəyərli dostumuz Mixail Qusman bu gün BAMF-ın qonağı oldu. O, hər zaman Azərbaycanın haqq mübarizəsinə olan obyektiv yanaşması və prinsipial mövqeyi ilə seçilib. Vaxtilə Beynəlxalq Mətbuat İnstitutunun Direktorlar Şurasında təmsil olunduğu dövrdə tez-tez görüşərdik. Tale elə gətirdi ki, sonrakı mərhələdə mən də həmin qurumun Direktorlar Şurasında təmsil olundum. Bu günkü görüşümüzdə həm o illərin xatirələrini, həm də ortaq dostlarımızı yada saldıq. Mixail Qusman BAMF-ın fəaliyyətini yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda maraqlı olduğunu da xüsusi vurğuladı.


