Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu (FOTOLAR)

20.04.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi naminə "Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" adlı sərgi keçirildi.

AZpress.AZ xəbər verir ki, sərginin açılışını edən mərkəzin müdiri Prof.Dr. Tarek Aboul Fotouh qonaqları salamladı və onlara uğurlar arzu etdi.

Qeyd edək ki, sərgidə Azərbaycanın 15 şəhərindən ( Bakı,Gəncə, Sumqayıt, Qəbələ, Şəki, Tərtər, Qax, Zəngilan, Laçın, Qusar, İmişli, Bərdə, Şamaxı, Zəngilan, Ağdam və İsmayıllı) 135 istedadlı gənc rəssamlar iştirak edirdi. Uşaqlar iki ölkə arasındakı dərin tarixi əlaqələri və mədəni yaxınlığı öz əsərlərində əks etdirmişdilər.

Sərgidə iştirak edən qonaqlar mehribanlığa, səmimiyyətə heyran olduqlarını gizlətmədilər. 

Sonda mərkəzin müdiri Prof.Dr.Tarek Aboul Fotouh incəsənətin sərhədləri aşan universal bir dil olduğunu vurğuladı.

Xeyransa İsmayılova

Best coffeeshop in Berlin