Yaponiya Ukraynaya ölümcül silah verməyəcək
Yaponiya Ukraynaya ölümcül silahlar tədarük etməyi düşünmür.
Bu barədə Yaponiyanın Moskvadakı səfirliyinin açıqlamasında bildirilib.
Diplomatik nümayəndəlik bildirib ki, "Ölkəmiz hələ Ukraynaya ölümcül və dağıdıcı avadanlıq tədarük etməyib və hazırda bu cür avadanlıqların təhvil verilməsi imkanını nəzərdən keçirmir".
Səfirlik qeyd edib ki, Yaponiya Ukrayna ilə müdafiə avadanlıqları və texnologiyalarının təhvil verilməsi ilə bağlı müqavilə bağlamayıb. Buna görə də Kiyev alıcı ola bilməz.


