Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda ümumrayon valideyn konfransı 

 

Masallıda ümumrayon valideyn konfransı keçirilib.
Gənclər Evində təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun müdiri Elman Rzayev, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov, ümumtəhsil məktəblərinin direktorları və valideyn komitələrinin sədrləri iştirak ediblər.
Konfransda çıxış edənlər uşaqların təhlükəsiz mühitdə böyüməsi, sağlam inkişafı və təhsilə marağının artırılması baxımından ailə ilə məktəbin birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayıblar. Eyni zamanda, sosial şəbəkələrdən düzgün istifadə, erkən yaşlarda yarana biləcək riskli davranışların qarşısının alınması, yeniyetmələr arasında hüquqpozma hallarının profilaktikası və valideyn nəzarətinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Natiqlər bu kimi maarifləndirici tədbirlərin rolunu önə çəkərək, məktəb-valideyn əməkdaşlığının tədris prosesinin keyfiyyətinə mühüm təsir göstərdiyini diqqətə çatdırıblar.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən konfrans zamanı iştirakşıların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin