Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Boks yığmamızın 4 üzvü DK-nin yarımfinalında 

Braziliyanin Fos-du-iquasiu şəhərində kişi və qadınlar arasında boks üzrə keçirilən və Azərbaycandan olan dəri əlcək ustalarının da iştirak etdiyi Dünya Kuboku (DK) finişə yaxınlaşır. Dünən sözügedən turnirdə 1/4 final mərhələnin görüşləri keçirilib və bununla da yarımfinalçılar müəyyənləşib. ABF-dən verilən məlumata görə, yiqmamizin 4 üzvü yarımfinala yüksəlməklə ən pis halda DK-nin bürünc medalını özünə təmin edib.

Dördluyumuzdən dünya çempionu Sübhan Məmmədov (50 kq) 1/4-də erməni Rudolf Qarbayana qalib gəlib. Rəqib güclü zədə üzündən döyüşdən yarımçıq ayrılıb. Bununla da birinc medalı özünə təmin edən Sübhan bu gün baş tutacaq yarımfinalda Qazaxıstan təmsilçisi Anvarjan Xodiniyevlə döyüşəcək.

70 kq çəkidə qazaxıstanlı Farux Toxtassunovu məqlub etməklə DK-da üçüncü qələbəsini qazanan Nəbi İsgəndərov 1/2-də ev sahibi Kaian Reisko ilə qarşılaşacaq.

75 kq-da Qazaxıstan boksçusu Sanjar Ali Beqaliyevi üstələyən Səidcəmsid Cəfərov yarımfinalda italiyalı Qabriel Qundi Rontani ilə döyüşəcək.

+90 kq çəki dərəcəsində çıxış edən və 1/4-də Xorvatiya təmsilçisi Luka Pratijacini üstələyən Məhəmməd Abdullayev isə finala çıxışda norveçli Omar Şina ilə yumruqlaşacaq. 

Turnirə aprelin 26-da keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin