Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fəxri Xiyaban bizim and yerimizdir

Azərbaycan Demokrat Firqəsinin bir qrup üzvü bu günlərdə Fəxri Xiyabanda böyük lider Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmiş və qocaman firqəçilərə fəxri diplomlar təqdim edilmişdi.

ADF sədri Rəhim Hüseynzadə Huşməndi firqəçi yoldaşlara müraciətində deyir ki, -Fəxri xiyaban bizim and yerimizdir. Firqəçilər 21 Azər nehzətinin mirasını 80 ildir ki, şərəflə daşımış və bu günə gətirib çatdırmışdı və əmin olun ki, bu mirası gələcək nəsillərə də ötürəcəyik. Azərbaycanın azadlığı, ədalətli cəmiyyət quruculuğu, milli hökumət arzusu əbədidir və xalqımız bu arzusuna mütləq çatacaqdır.

S.C.Pişəvərinin abidəsi önündə Rəhim Hüseynzadəyə 75 ili münasibəti ilə fəxri diplom təqdim edildi və ADF sədri firqəçi yoldaşlara xitabən çıxış etdi. Eyni zamanda, qocaman firqəçi Nizami Rzaşuariyə ADF-nin fəxri diplomunun təqdimatı keçirildi.

Abidənin qarşısında İnqilab şairi Tariyer Ümid yeni şerlərini yoldaşlara təqdim etdi və iştirakçıların xahişi ilə uzun müddət əvvəl yazmış olduğu S.C.Pişəvəriyə həsr olunmuş əsərini bir daha oxudu.

ADF üzvlərinin “Fəxri Xiyabana” ziyarətləri ənənə halını almışdır və bütün uğurlarımızı bu məkanda qeyd etməliyik deyə qərar aldılar.

Best coffeeshop in Berlin