Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda "Kiçik Əllərdə Böyük Tarix" adlı beynəlxalq rəsm sərgisi keçirilib (FOTO=56)

25 aprel 2026-cı il tarixində saat Bakı Xətai Sənət Mərkəzində  Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlığına həsr olunmuş "Kiçik Əllərdə Böyük Tarix" adlı beynəıxalq  rəsm sərgisi baş tutdu.

 

AZpress.AZ xəbər verir ki, ​tədbir "Xəmsə Art Group"un təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı, "IWS Sumqayıt Kids Art", "EMEDIA GROUP" və Türkiyənin "Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği"nin dəstəyi ilə keçirilib.
 

​Türk Dünyasının Birliyi Gənc Rəssamların Gözü İlə ​Sərgidə IWS Sumqayıt Art Center-in sədri İntiqam Cəfərov, "Emedia Group"un əməkdaşı , Gənclər Siyasəti və İnnovativ İnkişaf sektorunun rəhbəri, Rəşvin Şirəlizadə, Bakı Xətai Sənət Mərkəzinin rəssam pedaqoqu Gündüz Həbibov və rəssam Gövhər Məmmədova iştirak edərək gənc istedadların əl işlərini yüksək qiymətləndiriblər. Çıxış edən qonaqlar bu cür layihələrin Türk dünyasının mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayıblar.

 

​Tədbirin bədii hissəsi xüsusi coşğu ilə qarşılanıb. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadənin rəhbərliyi ilə kollektivin təqdim etdiyi rəqs nömrələri rəğbətlə izlənilib. Xoreoqraf Günel Təhməzovanın rəqs quruluşları, eləcə də xanəndələr Nurlan İsmayılov və Hüseyn Sayıllının ifaları sərgiyə milli və klassik bir ab-hava qatıb.
 

​İştirakçı Müəllimlər və Təhsil Mərkəzləri ​sərgidə gənc rəssamların hazırlanmasında böyük əməyi olan pedaqoqlar fəal iştirak ediblər:
​Tofiqə Ağayeva (Cəbrayıl rayon Qovşudlu kənd və Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi)
​Aybəniz Şahvələdova
​Surə İbrahimova (Həm Dünya məktəbi, həm də Mil liseyi)
​İlahə Əhmədova
​Günel Zamanova (Qobu 3 saylı məktəb, “Lumra Kids”)
​Səmra Muxtarlı (4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi)
​Vəfa Şahverdiyeva
​Aytən Bəylərzadə

 

​Media dəstəyinə görə AZpress.AZ, "Can Vətən", "AzpressTİMES.info", "Xalq qəzeti" və "SUMTV" yə dərin təşəkkürümüzü bildiririk.

 

Sərgi hər üç ölkənin incəsənət sevərləri tərəfindən maraqla qarşılanaraq, kiçik fırça ustalarının böyük tariximizi necə dərindən hiss etdiyini bir daha sübut edib.

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin