Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Məhəmməd Abdullayev DK-nin finalinda ermənini üstələyib

Azərbaycan DK-da komanda hesabında ikinci olub

Braziliyanın Fos-du-iquasiu şəhərində kişi və qadınlar arasında boks üzrə keçirilən Dünya Kubokuna +90 kq çəki dərəcəsində olan boksçuların final döyüşü ilə yekun vurulub. Azərbaycan da daxil olmaqla planetin 49 ölkəsini təmsil edən 400-dək dəri əlcək ustasının mübarizə apardığı turnir yiqmamiz üçün uğurlu olub.

ABF-dən verilən məlumata görə, turnirə ikisi qadın olmaqla 8 boksçu ilə qatılan Azərbaycan yığması çıxışını üçü qızıl və biri bürünc əyarlı olmaqla 4 medalla ikinci yerdə başa vurub. Millimiz komanda hesabında yalnız gümüş medala görə ev sahibi Braziliyadan geri qalıb. 

Turnirin son final döyüşü yiqmamizin üzvü Məhəmməd Abdullayevlə (+90 kq) erməni idmançı Davit Çalayan arasında olub. Döyüş həmyerlimizin 3:2 (29:28, 28:29, 28:29, 29:28 29:28) hesablı qələbəsi ilə bitib. 

Xatırladaq ki, Abdullayevdən öncə Sübhan Məmmədov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111