Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çernobıl faciəsinin 40-cı ildönümü qeyd olunub

26.04.2026-cı il bəşəriyyət tarixində ən böyük texnogen qəza olan dəhşətli Chernobıl faciəsinin 40-cı ildönümüdür. Bu faciə minlərlə insanın həyatına son qoydu və milyonlarla insanın taleyini həmişəlik dəyişdirdi.

 

Bu gün ərəfəsində Ukraynanın səfirliyinin kollektivi, Ukraynanın səfiri Yuriy Husyev başda olmaqla, çernobılçı-likvidatorlar və Azərbaycandakı Ukrayna icması ilə birlikdə bu faciə qurbanlarının xatirəsini yad edib.

 

Bakıda Fəxri Xiyabanda, qəzanın ilk ağır həftələrində onun nəticələrinin aradan qaldırılmasında mühüm rol oynamış Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub. Həmçinin Ukrayna səfirliyinin diplomatları likvidatorlarla birlikdə Goranboy şəhərində Çernobıl qəzası likvidatorlarına həsr olunmuş yenilənmiş abidə önünə gül qoyaraq qəhrəmanların xatirəsini ehtiramla anıblar.

 

"Biz o dəhşətli faciənin bütün likvidatorları qarşısında baş əyir, onlara səmimi təşəkkürümüzü bildiririk. Eyni zamanda Azərbaycanın Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında xüsusi töhfəsini vurğulayırıq: 8 mindən çox azərbaycanlı mütəxəssis qəzanın nəticələrinin ləğvində iştirak edib, cəsarət, fədakarlıq və Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirib".- deyə Ukrayna Səfirliyi "Facebook" səhifəsində paylaşım edib.

Best coffeeshop in Berlin