Rusiya Ermənistanın mineral suyunu qadağan edib
Rusiya 17 fevral - 5 mart 2026-cı il tarixləri arasında Ermənistandan istehsal olunmuş mineral suyun bir partiyasının satışına qadağa qoyub.
Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin rəis müavini Revaz Yusupovun sözlərinə görə, məhdudiyyətlər məhsulun 338.000 şüşəsinə təsir edib.
Qadağa istehlakçılar üçün potensial sağlamlıq təhlükəsi kimi göstərilib. Əlavə məlumat verilməyib.


