Cəlilabadda Bayram Möhsümovun xatirəsinə güləş turniri keçirildi
Aprelin 25-26-da Cəlilabad şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman bazasında Lənkəran-Astara Reginol Gənclər və İdman İdarəsinin, Cəlilabad rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Möhsümov Bayram Abbas oğlunun xatirəsinə həsr olunmuş yunan-Roma və sərbəst güləş idman növləri üzrə Cəlilabad rayon turniri keçirilmişdir.
Turnirdə yunan-Roma və sərbəst güləş idman növləri üzrə 2012-2014-cü il təvəllüdlü idmaçılar 12 çəki dərəcəsində, 2015-2017-ci il təvəllüdlü idmançılar isə 13 çəki dərəcəsində mübarizə aparıblar.
Turnirdə l, ll və lll yeri tutan idmançılar Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin diplomları ilə təltif olunublar.


