Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların "Baku Open-2026" turnirinə start verilib

Bu gün "Bakı Ctystal Hall"da Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla ənənəvi "Baku Open-2026" şahmat turnirinə start verilib. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan və mükafat fondu 50 min dollar təşkil edən bu turnirdə 10 ölkəni təmsil edən 900 şahmatçı 3 qrupda (A, B və C) cəmləşərək mübarizəyə qatılıb.

AŞF-dən verilən məlumata görə, turnirin əsas qrupunda (A) tanınmış qrossmeysterlərdən sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FİDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abbasov, 14 yaşlı Avropa çempionu Xaqan Əhmədov və sair çıxış edir.

Turnirin açılış mərasimi aprelin 30-da baş tutacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin