İran Hörmüz boğazından gəmilərin daşınmasını bərpa etmək üçün şərt irəli sürüb
Hörmüz boğazından ticarət gəmiçiliyi yalnız İranın təhlükəsizliyinə təhdid yaratmadığı təqdirdə münaqişə bitdikdən sonra bərpa olunacaq.
Bu açıqlamanı İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talai-Nik verib.
Tasnim xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, "Hörmüz boğazından maneəsiz ticarət gəmiçiliyi müharibə bitdikdən sonra yalnız İranın təhlükəsizliyinə heç bir təhdid olmadığı təqdirdə davam edəcək".


