Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Üzeyir Hacıbəylinin ev muzeyində konsert keçirilib +FOTO=51

26 Aprel 2026 - cı il Üzeyir Hacıbəylinin ev muzeyində pianoçu Vüsal Süleymanov və onun şagirdlərinin  sinif konserti keçirilib.

“Ağ-Qara Dillər” adlı konsert proqramında Azərbaycan və xarici bəstəkarların müxtəlif janrlı əsərləri səsləndirilib.

Şagirdlərin yüksək peşəkarlıqla nümayiş etdirdikləri ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. 

Tədbirin sonunda şagirdlərə uğurlu çıxışlarına dolayı mükafatlar təqdim olunub. Vüsal Süleymanov çıxışında şagirdlərin ilk konserti üçün bu məkanın seçilməsinin təsadüfi olmadığını vurğulayıb. Belə ki, Üzeyir bəy Azərbaycan professional musiqi sənətinin əsasını qoyaraq gələcək nəsillərə böyük bir miras saxlamışdır və bu cür konsertlərin keçirilməsi şagirdlərin yaradıcılıq potensialının inkişafında, həmçinin milli musiqi ənənələrinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulamışdır. O, konsertdə çıxış edən şagirdlərə və onların bele musiqi ruhlu yetişdirilməsindən dolayı onların valideynlərinə təşəkkürünü bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Fotolar: Rüstəm Fərman

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20

+99450 331 11 11 

+99477 737 75 76

Best coffeeshop in Berlin