Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukrayna Xarici İşlər Nazirliyi İsrailə etiraz notası təqdim edib

Ukrayna Xarici İşlər Nazirliyi İsrail səfiri Mixail Brodskini çağıraraq ona işğal olunmuş Ukrayna ərazilərindən taxıl daşınması ilə bağlı etiraz notası təqdim edib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, bu hərəkətə səbəb Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindən qanunsuz olaraq ixrac edilən kənd təsərrüfatı məhsullarının İsrailə davam edən daşınması olub.

Nazirlik bildirib ki, "İsrailin Ukraynanın rəsmi tələblərini və beynəlxalq hüquqi yardım tələblərini, o cümlədən gəmilərin və yüklərin saxlanılması tələblərini qulaqardına vurması oğurlanmış Ukrayna taxılının leqallaşdırılması üçün şərait yaradır".

Ukrayna tərəfinin fikrincə, bunlar tək-tək hadisələr deyil, "qanunsuz iqtisadi fəaliyyətə qəsdən kömək əlamətləri göstərən" sistemli bir təcrübədir.

Qeyd olunur ki, Ukrayna İsraildən oğurlanmış taxılın idxalının dayandırılması və İsrail limanlarında boşaldılmasının qarşısını almaq üçün təcili tədbirlər görməsini tələb edir.

Best coffeeshop in Berlin