"Barselona" "Yamalın" 2026-cı il Dünya Çempionatında iştirakını məhdudlaşdırmaq istəyir
"Barselona" klubu Lamin Yamalın 2026-cı il Dünya Kubokunda ABŞ, Meksika və Kanadada keçiriləcək İspaniya millisinin ilk iki oyununu buraxacağını gözləyir.
Kataloniya klubunun tibb heyəti zədənin təkrarlanması ehtimalından narahatdır və oyunçunun meydana qayıtmazdan əvvəl tam sağalmasını tələb edir.
Bu, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə qrup mərhələsi oyunlarına aiddir.
Mənbənin məlumatına görə, "Barselona" klubu Yamalın Uruqvaya qarşı son qrup oyunu üçün milli komandaya qayıtmasını optimal variant hesab edir.
Klub gərgin mövsümdən sonra 18 yaşlı oyunçu üçün riskləri minimuma endirmək niyyətindədir.


