Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Velosipedçimiz "Tour of Bostonliq"də 4-cü olub

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına əsasən Özbəkistanda 2.2 kateqoriyalı "Tour of Bostonliq" yürüşü keçirilir. 2 mərhələdən ibarət olan bu yürüşdə Azərbaycan idmançıları da iştirak edirlər. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən yürüşdə məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunur. 

Qeyd edək ki, dünən baş tutan və uzunluğu 146 km olan birinci mərhələdə təmsilçilərimiz arasında ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, dağ marşurutu üzrə məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət etməklə 87 iştirakçı arasında finişə 4-cü çatıb.

Bu gün isə Velosipedçilər uzunluğu 163 km olan 2-ci mərhələdə özlərini sınayacaqlar.

Yeri gəlmişkən, Musa bir neçə gün əvvəl Özbəkistanda təşkil edilən 2.2 kateqoriyalı "Grand Prix Ferqana" yürüşündə iştirak edib və yürüşün təsnifat mərhələsində 5-ci yeri tutmaqla aktivinə 15 reytinq xalı yazdırıb.

Xatırladaq ki, bu yarışlar velosipedçilərimiz üçün 10-14 may günlərində ölkəmizdə keçiriləcək Bakı - Xankəndi yarışına sınaq xarakteri daşıyır.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin