Xatirə Rəhimli:
Məmuru villada, şairi kirayədə yaşayan məmləkət...
Zəngin ölkənin zirzəmidə çürüyən ziyalıları...
Məmuru villada, şairi kirayədə yaşayan məmləkət...
Qeyd edim ki, şair-jurnalist kimi məni çox ciddi, mühüm bir məsələ maraqlandırır.
Nə üçün vəzifəli şəxslərin, məmurların həm Avropa ölkələrində, həm də Azərbaycanda çoxlu sayda villaları, malikanələri, paytaxt Bakının mərkəzi yerlərində Avropa təmirli mənzilləri, bağ evləri, eləcə də ölkənin turizm rayonlarında təmtəraqlı, bərbəzəkli, göz oxşayan sarayları var, amma nəyə görə Azərbaycanın minlərlə vətəndaşının, elə mənim də, ana vətənimizdə insan kimi ömür yaşamaq üçün bir mənzilimiz yoxdur?
Şair-jurnalistəm. 26 ildir mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Zəngin neft ölkəsində yaşayıram, amma mənzilim yoxdur, neçə illər ərzində ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük.
Sual olunur, hansı səbəblərə görə?
Vətənimdə mənim mənzilim olmalı deyil?
Milyonlar səltənəti olan vətənimizdə niyə kirayə mənzildə, zirzəmidə yaşamalıyıq?
Axı nədən ömrümüz-günümüz kirayələrdə, zirzəmilərdə min bir əzablarla, ağrı-acıyla, səfalət içində ötməlidir? Niyə axı, niyə?
Zəngin Azərbaycanın saysız-hesabsız təbii sərvətlərindən dövlət büdcədinə milyonlarla, milyardlarla maliyyə vəsaiti daxil olur.
Ölkənin təbii sərvətlərindən, həmçinin neftdən, qazdan əldə olunan yüksək maliyyə vəsaitində xalqın da payı var axı.
Belə olan halda yüzlərlə, minlərlə vətəndaş mənzili olmadığı üçün uçuq daxmalarda, soyuq, yarıqaranlıq zirzəmilərdə, kirayələrdə niyə əzab-əziyyətlə baş-başa yaşamalıdır?
Milyonlar səltənəti olan Azərvaycanda vətəndaşlar hansı səbəblər ucbatından yoxsulluq içində çabalayaraq ömür-gün sürməlidir?
Ölkəsinin tükənməz təbii sərvəti olan xalq yüksək sosial-iqtisadi durumda yaşamalıdır.
Belə olan təqdirdə bu XALQ nədən illərdi ki, səfalət içərisində üzülərək hey çabalayır?
Bu sualım həm Azərbaycan dövlətinin idarəçiliyində rolun olan səlahiyyətlilərə, həm vəzifəli şəxslərə və eləcə də yüksək vəzifə postu tutan məmurlaradı.
Sualımı cavablandırmağınızı istəyirəm.
Cənablar, bir daha xahiş edirəm ki, sualı cavablandırın. Sualım cavabsız qalmasın.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist
28 aprel 2026
* * *
Zəngin neft ökəsində minlərlə vətəndaşın, eləcə də mənim mənzil yoxdur. Nə üçün kurayələrdə əzab içində ömür sürməliyik?
Xatire Rehimli , unutma boyük Nizamilər, Fizulilər də yaşayan dövrlərdə çox şahlar, padişahlar, vezirler, Ağalar, bəylər olub....Ancaq bu zəmanəyə gəlib çatan sözdür... Mənim də yüzlərlə suallarım var...Ancaq ozümü yormuram...Bu dünya belə gəlib belə gedəcək...
Vallah 67yaşım var ev növbəsinə qaldım 3dəfə 10cu adam oldum atdılar sonuncuya çünki rüşvət istədilər.Mənim nə rüşvət verməyə maddi imkanım olub nə də verməyi düşünmüşəm ona görə evsiz qalmışam.Bizim ölkə rüşvətxonlar ölkəsidir. Pulun olmadı hec kimsən
İkisinin də boyu yerə girsin ildə 8 dəfə plastik əməliyyat etdirən adam bəs kimin pulundan istifadə edir ? Yazıq camaatdan oğurladığı pulları belə xərc edib keyf çəkirlər bu quldur dəstəsi
Bilmirəm nə deyim mənim bir oğlum müharibə veteranıdı evimizdən birnəfər adam işləyir 620 manat maaş alır
Ayda 400 - 450 manat qaz və işiq pulu veririk qalanı ilədək sürünürük axı neyniyək
Bir az bərk danışan kimi günahkar olacayıq
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


