Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tramp Nobel mükafatına namizədlər arasındadır

ABŞ Prezidenti Donald Tramp 2026-cı il Nobel Sülh Mükafatına namizədlər arasında yer alıb.

Bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harviken məlumat verib.

Onun sözlərinə görə, siyahıda 287 namizəd var, onlardan 208-i fərd, 79-u isə təşkilatdır.

O qeyd edib ki, bu ilki siyahıda əvvəlki illə müqayisədə bir çox yeni ad var.

O, Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərinə toxunaraq vurğulayıb ki, "Sülh Mükafatı bu kimi dövrlərdə daha da vacib olur. Bu gün görülən əhəmiyyətli işlər az deyil, bəlkə də daha çoxdur".

Best coffeeshop in Berlin