Rəşid Məmmədəliyev "BD"də üçüncü yeri tutub
Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turniri davam edir. Turnirin ikinci günü tamamiyə cəmi bir təmsilçimiz çıxıb ki, o da turnirin bürünc medalını qazanıb. Söhbət 73 kq çəki dərəcəsində tatamiyə çıxan Rəşad Məmmədəliyevdən gedir. O, bürünc medal uğrunda son həlledici görüşdə ev sahiblərindən olan Ahmadzod Masudini üstələyib. Turnirin bürünc medalını qazanan Rəşid, eyni zamanda aktivinə 500 reytinq xalı yazdırıb. Bu isə onun yeni reytinq cədvəlində yuxarı qalxmaqla öz eksini tapacaq.
Beləliklə, Azərbaycan komandası turnirin ikinci günündə aktivinə ilk medalını yazdırıb.
Xatırladaq ki, Azərbaycan bu yarışa 4 çəkidə 6 cüdoçu ilə qatılıb. Onlardan ikisi - 60 kq çəki dərəcəsində çıxış edən Nizamı İmranov və İslam Rəhimov müvafiq olaraq, 5-ci və 7-ci yeri tutub.
İNTİQAM Məmmədov


