Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc cüdoçularımız AK-da 7 medalla 5-ci olublar

Türkiyənin İstanbul şəhərində gənclər arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də (32 oğlan, 12 qız) iştirak etdiyi Avropa Kubokuna yekun vurulub. Qeyd edək ki, 27 ölkəni təmsil edən 515 (311 oğlan, 204 qız) cüdoçunun mübarizə apardığı iki günlük yarışda Azərbaycan cüdoçuları 7 (1-1-5) medal qazanıblar. Bu nəticə ilə yığmamız ümumi komanda hesabında 5-ci olub. Yığmamızın aktivinə yazılan medallara gəlincə, qızıl medalı bütün görüşlərini qələbə ilə başa vuran Nihad Məmişov (66 kq) qazanıb. Gümüş medalı yalnız həlledici finalda büdrəyən Ramazan Əhmədov (+100 kq), bürüncləri isə Ayxan Mirzəzadə (60 kq), Sadiq İsgəndərli (66 kq), Aslan Kotsayev (90 kq), Aysun Məmmədova (52 kq) və Xədicə Qədəşova (57 kq) əldə edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin