Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya 8-9 may tarixlərində atəşkəs elan etdi

Rusiya Böyük Vətən Müharibəsində Qələbə Günü qeyd etmələri şərəfinə 8 və 9 may tarixlərində atəşkəs elan edir.

Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.

Bəyanatda deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Vladimiroviç Putinin qərarına uyğun olaraq, Sovet xalqının Böyük Vətən Müharibəsində Qələbəsi şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edilir".

Bəyanatda deyilir ki, atəşkəs elan edilməsi ilə əlaqədar olaraq, Moskva Kiyevin də eyni şeyi edəcəyini gözləyir. Nazirlik həmçinin vurğulayıb ki, əgər Ukrayna Qələbə Günü qeyd etmələri zamanı Rusiya ərazisinə zərbə endirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtının mərkəzinə cavab zərbəsi endirəcək.

Bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Rusiyadan rəsmi atəşkəs təklifi almadığını bildirmişdi.

Best coffeeshop in Berlin