Qadın voleybol millimiz Avropa Liqasının hazırlığına başlayıb
Qadın voleybol millimiz mayın 5-də Bakı Voleybol Mərkəzində baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında qarşıdakı Avropa Liqasının hazırlığına başlayıb. TMT-nin (təlim-məşq toplanışı) ilkin mərhələsində yığmanın düşərgəsinə 26 voleybolçu cəlb edilib. Hazırlıq prosesi paytaxt Bakıda və eləcə də ölkə xaricində davam edəcək. TMT ərəfəsində millimiz bir sıra yoxlama sınaq xarakterli oyunlar da keçirməyi planlaşdırıb.
Avropa Liqasının ilk mərhələsi 5-7 oyun günlərində Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


