Kişi voleybol millimiz TMT-yə start verib
Kişi voleybol millimizdə yeni baş məşqçi
Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandası mayın 5-də Avropa Liqasının hazırlığına start verib. AVF-dən verilən məlumata görə, yeni baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışına (TMT) 17 voleybolçu cəlb edilib. Kişi voleybol millimiz də TMT-ni həm Bakıda, həm də ölkə xaricində davam edəcək. TMT ərəfəsində voleybolçularımız bir sıra yoxlama görüşlərində özlərini sınayacaqlar.
Xatırladaq ki, üç mərhələdən ibarət olan Avropa Liqasının birinci mərhələsi 5-7 iyun aralığında İsveçdə təşkil ediləcək.
Qeyd: Azərbaycan voleybol həvəskarlarina tanış olan 67 yaşlı Boris Qrebennikov məşqçilik karyerasında həm klub, həm də yığma səviyyəsində bir sıra uğurlara imza atıb. Fransa, Rusiya, Tunis, Səudiyyə Ərəbistanı və Qazaxıstanda çalışan Qrebennikov 2023/24, 2024/25 və 2025/26-ci illər mövsümündə "AZERRAİL" klubuna başçılıq edib. O, 2023/24 və 2024/25-ci illərdə kluba Azərbaycan çempionluğunu, 2024-cu ildə isə Ölkə Kubokunu qazandırıb.
İNTİQAM Məmmədov


