Azərbaycan milli futzal komandası Millətlər Liqasının qalibi olub
Azərbaycan milli futzal komandası Monteneqroda keçirilən beynəlxalq Millətlər Liqası turnirinin qalibi olub.
Oyunçularımız Qazaxıstan və Monteneqro milli komandalarını məğlub edərək birinci yeri tutublar.
Yarışdan sonra Azərbaycan komandası fərdi mükafatlar da qazanıb. Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən çox qol vuran oyunçu seçilib.


