Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz Montoneqroda qalib olub

Mini-futbol üzrə Azərbaycan millisinin Montoneqro səfəri yekunlaşıb. Xəbər verdiyimiz kimi, qarşıdakı Avropa çempionatına (Avro-2026) hazırlaşan mini-futbol üzrə millimiz əvvəlcə bu ölkədə təlim-məşq toplanışında (TMT), ardından isə bu məkanda təşkil edilən mini-turnirdə iştirak edib. Qeyd edək ki, ev sahibi ilə yanaşı, Qazaxıstan və Azərbaycan komandasının iştirak etdiyi turnirdə qalib adını millimiz qazanıb. 

Yeri gəlmişkən, Monitoneqro toplanışı və turniri yığmamız üçün qarşıdakı Avropa çempionatına hazırlıq və sınaq xarakteri daşıyıb.

Xatırladaq kı, Avro-2026-nin final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək. Millimiz çempionatın "F" qrupunda Avstriya, İtaliya və Fransa komandası ilə qarşılaşacaq. Onu da qeyd edək millimiz 2025-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin