"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub
Mayın 5-də Bakı İdman Sarayında kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah"la "Abşeron Lions" klubu arasında baş tutan final seriyasının üçüncü oyunu ilə 2025/2026-cı illər mövsümünə yekun vurulub. Reqlamentə görə final seriyasında ilk olaraq üçüncü qələbəsini qazanan klub Azərbaycan çempionu olub. Bu xoşbəxtlik isə baş məşqçisi litvalı mütəxəssis Rimas Kurtinaytes olan "Sabah"a nəsib olub - 108:93 (25:21, 30:35, 29:26, 24:13). Bununla da "Sabah" ardıcıl olaraq dördüncü dəfə Azərbaycan çempionu olub.
Son final matçının ən yaxşı oyunçusu adina 26 xalla Castin Tilman ("Sabah") layiq görülüb.
İNTİQAM Məmmədov


