Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Livan və İsrail arasında danışıqların üçüncü raundu Vaşinqtonda keçiriləcək

Livan və İsrail nümayəndə heyətləri atəşkəsin uzadılması şərtlərini müzakirə etmək üçün 13-15 may tarixlərində Vaşinqtonda görüşəcəklər.

Bu barədə LBCI televiziya kanalı ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.

Əldə olan məlumata görə, Livan nümayəndə heyətinə ABŞ-ın keçmiş səfiri Saymon Karam rəhbərlik edəcək.

Nümayəndə heyətinə diplomatlar və hərbçilər daxil olacaq.

Livan prezidenti Cozef Aun 4 mayda açıqladı ki, yaxın günlərdə keçiriləcək üçüncü hazırlıq danışıqları birbaşa danışıqlar üçün zəmin yaradacaq.

Best coffeeshop in Berlin