Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

Rəsul Rzanın ev muzeyində Səməd Vurğunun 120, Rəsul Rzanın isə 116-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, vurğunşünaslar, ziyalı qonaqlar və hər iki şairin ailə üzvləri iştirak ediblər.

Tədbiri açan muzeyin direktoru Fidan Rzayeva qonaqları salamlayaraq Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığını xatırlamaq, onların zəngin söz dünyasına bir daha nəzər salmaq və bu irsi gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb.

Çıxış edən qonaqlar hər iki şairin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, onların yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı təsirindən bəhs edərək xatirələrini bölüşüblər.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Səməd Vurğun və Rəsul Rzaya aid şeirlər səsləndiriblər.

Sonda Tünzalə Ağayeva, Vurğun Vəkilovun müşayiəti ilə Səməd Vurğunun həyat yoldaşı Xavər xanıma həsr etdiyi “Xavərim”, Nigar Rəfibəylinin Rəsul Rzaya ithaf etdiyi “Alagözlüm” mahnılarını ifa edib.

Fotolar: Rüstəm Fərman

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20

+99450 331 11 11 

+99477 737 75 76

Best coffeeshop in Berlin