Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

SUBHAN BAQİ:
" VERİR "

(ünvanlı)
.

Bir cümləni baş-bütün düya bilmir,
Rəqəmləri ardıcıl saya bilmir,
Ədəb-ərkan nədir, anlaya bilmir,
Məclislərdə ona-buna "dərs" verir.

.
Yalan ayaq tutub indi yeriyir,
Abrını gözləyir aqil kiriyir,
Çoxu için yeyir dərddən əriyir,
Münafiqlər od ələyir, hirs verir.

.
Bu necə zəmanə, bu necə dövran,
Bülbülün yerini titub sağsağan,
Ağsaqqala "məsləhət" verir cavan,
Tanrı bizdən üz döndərib, tərs verir.

.
Qiyafəcə insan, batin bilinməz,
Elin xoş günündə çöhrəsi gülməz,
Baqi, belələri el qədri bilməz,
Boş nehrətək çırtma vursan səs verir,
Əfsus, Xaliq ona da nəfəs verir.


                      SUBHAN BAQİ,
                        06. 05. 2026.

Best coffeeshop in Berlin