Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhər Mədəniyyət Evində Ulu Öndərin ad gününə həsr olunmuş tədbir keçirilib 

Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin və Sumqayıt şəhər Mədəniyyət evinin birlikdə təşəbbüsü və təşkilatçılığı ilə Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Ulu öndərin xatirəsinə həsr olunmuş şeirlər və musiqilər səsləndirilib. Mədəniyyət evinin balaca üzvlərinin rəqsi ilə daha da gözəlləşən tədbirin xüsusi qonaqları şəhid ailələri olub. Şairə Esmira Günəşin təşəbbüsü və təşkilatçılığı ilə tədbirdə iştirak edən şəhid ailələri onlara özəl hazırlanmış hədiyyələrlə sevindiriliblər.

Tədbirdə həmçinin Əliağa Vahid adına kitabxana kollektivi tərəfindən Ulu Öndərin xatirəsinə həsr olunmuş kitabların və Mədəniyyət evinin rəsm dərnəyinin müəllimi Aytac müəllimin şagirdləri tərəfindən çəkilniş rəsm əsərlərinin sərgisi təşkil olunub.

Tədbirin sonunda Şəhid anaları şairə Esmira Günəşə hər zaman onların yanında olduğu üçün gül buketləri ilə təşəkkür ediblər.

Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

Best coffeeshop in Berlin